İsrail ordusu Qәzza zolağına zәrbәlәr endirmәyә davam edir

İsrail ordusunun Qәzza zolağına qarşı hava hücumları davam edir. İsrail Qәzza zolağının müxtәlif bölgәlәrindәki mülki yaşayış mәntәqәlәri, әkin sahәlәri vә tәhlükәsizlik obyektlәrinә hava hücumu tәşkil edib.

1641455
İsrail ordusu Qәzza zolağına zәrbәlәr endirmәyә davam edir

 

 

İsrail ordusunun Qәzza zolağına qarşı hava hücumları davam edir. İsrail Qәzza zolağının müxtәlif bölgәlәrindәki mülki yaşayış mәntәqәlәri, әkin sahәlәri vә tәhlükәsizlik obyektlәrinә hava hücumu tәşkil edib.

İsrailә mәxsus döyüş tәyyarәlәri Qәzza zolağının cәnubundakı Xan Yunis şәhәrindәki bәzi obyektlәri bombalayıb.

İsrail ordusundan bildirilib ki, gecә radәlәrindә mühasirә altındakı Qәzza zolağına 65 hücum tәşkil edilib.

Hücumlar nәticәsindә Hәmasın Cibaliya, Әz-Zeytun vә Әr-Rimal sәmtlәrindәki obyektlәrinin vurulduğu, hәmçinin Hәmas rәhbәrlәrinin evlәrinin dә hәdәf alındığı bildirilib.

İsrail ordusundan verilәn başqa açıqlamada isә Qәzza zolağından İsrailә tәxminәn 90 raket mәrmisinin atıldığı ifadә edilib.

Hücumlar nәticәsindә ölәn vә ya xәsarәt alanın olmadığı vә bәzi raket mәrmilәrinin havadan müdafiә sistemlәri tәrәfindәn mәhv edildiyi vurğulanıb.

İsrail ordusu bu gün İordaniya yaxınlığındakı Aqvarın  Vadi әl-Uyum bölgәsindә bir pilotsuz uçuş aparatının (PUA)vurulduğunu açıqlayıb.

İsrail ordusunun mәtbuat katibi Aviçay Adrae İsrail qüvvәlәrinin sözügedәn PUA-nı  tәqib etdiyini vә İsrail hava mәkanına yaxınlaşdığı anda vurduğunu söylәyib.

İsrailin mayın 10-dan etibarәn davam etdirdiyi hücumlar nәticәsindә 61-i uşaq, 36-ı da qadın olmaqla 212 nәfәr hәyatını itirib, 1400 adam da yaralanıb.

Bu arada İsrail qüvvәlәrinin işğal altındakı İordan çayınınn qәrb sahilinin müxtәlif bölgәlәrindә Qәzza zolağına tәşkil edilәn hücumlara qarşı keçirilәn etiraz aksiyasında 13 fәlәstinlini yaraladığı bildirilib.

Bu barәdә Fәlәstin Qızıl Aypara Cәmiyyәtindәn verilәn mәlumatda bildirilib.

İsrail polisi isә işğal altındakı Şәrqi Qüdsün köhnә şәhәr bölgәsindә toplanan fәlәstinlilәrә rezin güllә vә sәs bombası ilә hücum edib. Müdaxilә nәticәsindә bir nәfәr yaralanıb, 3 nәfәr dә saxlanılıb.



Әlaqәli Xәbәrlәr