Dünya İqtisadi Forumunun xüsusi yığıncağı ləğv edildi

Dünya İqtisadi Forumunun (WEF) mövzuyla əlaqədar şərhinə görə...

1641058
Dünya İqtisadi Forumunun xüsusi yığıncağı ləğv edildi

 

  Sinqapurda 17-20 avqust tarixlərində reallaşdırılması planlanan Dünya İqtisadi Forumunun (WEF) illik xüsusi yığıncağı “Covid-19” epidemiyası səbəbindən ləğv edildi.

  Dünya İqtisadi Forumunun (WEF) mövzuyla əlaqədar şərhinə görə, 17-20 avqustda Sinqapurda edilməsi planlanan 2021-ci ilin illik xüsusi toplantısı peyvəndetmədəki sürət fərqləri, “Covid-19”un yeni növləri, səyahət planlarında naməlumluqlar qlobal iclası qeyri-mümkün etdi.

  Yığıncaq 2022-ci ilin ilk yarısında ediləcək, ancaq dəqiq yeri hələ təyin olunmayıb.

  Qeyd edək ki, Dünya İqtisadi Forumunun (WEF) illik xüsusi yığıncağının əvvəl 25-28 may tarixlərində Sinqapurda edilməsi planlaşdırılmış, daha sonra epidemiya ilə bağlı 17-20 avqusta keçirilmişdi.



Әlaqәli Xәbәrlәr