“BioNTech-Pfizer” tərəfindən hazırlanan peyvəndin saxlama şəraitinə dəyişiklik

Avropa Dərman Agentliyi (EMA), BioNTech və Pfizer tərəfindən hazırlanan “Comirnaty” adlı peyvəndin saxlama şərtlərinə dair tövsiyədə dəyişiklik edildiyini açıqlayıb.

1641385
“BioNTech-Pfizer” tərəfindən hazırlanan peyvəndin saxlama şəraitinə dəyişiklik

Avropa İttifaqının dərman tənzimləyicisi Avropa Dərman Agentliyinin (EMA), BioNTech və Pfizer əczacılıq şirkətləri tərəfindən yeni tip koronavirus (Kovid-19) əleyhinə hazırlanmış peyvəndin normal soyuducu şəraitində 1 aya qədər saxlanıla biləcəyinə diqqət çəkilən açıqlamasında Peyvəndlərin saxlama şərtləri ilə bağlı əlavə araşdırmalar aparıldığı vurğulanıb.

Açıqlamada dərin dondurucudan götürülmüş açılmamış peyvənd şüşələrin normal soyuducu şəraitində (2-8 dərəcədə) 5 gün əvəzinə 31 günə qədər saxlanıla biləcəyi, Peyvəndin saxlanması və daşınması üçün təmin edilən elastikliyin, peyvənd lojistikinə və tətbiq planlarına töhfə verəcəyi vurğulanıb.

Qeyd edək ki, BioNTech-Pfizer peyvəndi 2020-ci ilin dekabrında Avropa İttifaqı tərəfindən təsdiqləndi və 2021-ci ilin ilk ayında istifadəsinə başlandı.

 



Әlaqәli Xәbәrlәr