Beynәlxalq Әvf Tәşkilatı İsrailin Qәzza zolağına endirdiyi zәrbәlәrlә bağlı bәyanat yayıb
Beynәlxalq Әvf Tәşkilatı İsrailin hücumları nәticәsindә Qәzza zolağında artan ölü sayına görә narahat olduqlarını bildirәrәk mülki vәtәndaşlara qarşı tәşkil edilәn hücumların hәrbi cinayәt olduğunu bildirib.

Mәrkәzi İngiltәrәdә yerlәşәn tәşkilatdan verilәn bәyanatda deyilir: ‘‘Qәzzada artan ölü sayına görә narahatıq. Beynәlxalq Cinayәt Mәhkәmәsi İsrailin mayın 15-dә Şati qaçqın düşәrgәsinә tәşkil etdiyi hücumu araşdırmalıdır. Mülki vәtәndaşlara qarşı tәşkil edilәn hücumlar hәrbi cinayәtdir’’.
Qeyd edәk ki, İsrailin Qәzza zolağına dünәn tәşkil etdiyi hücum nәticәsindә 2-si qadın vә 8-i dә uşaq olmaqla 10 nәfәr hәyatını itirib.
İsrailin mayın 10-dan etibarən davam etdirdiyi hava hücumları nəticəsində indiyədək 58-i uşaq, 34-ü də qadın olmaqla 192 nəfər həyatını itirib, mindən çox adam da yaralanıb. Hücumlar zamanı onlarla tikili dә dağılıb.