Bayden İsrailə silah satışını təsdiqlədi

İsrail mətbuatı və “The Washington Post” qəzetinin yazdığına görə...

1640979
Bayden İsrailə silah satışını təsdiqlədi

 

  Qəzzadan İsrailin hücumlarına görə onlarla uşağın öldüyü xəbərlər gəlməkdə ikən Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) İsrailə 735 milyon dollarlıq silah satışını təsdiqlədi.

  İsrail mətbuatında yazılana görə, Co Baydenin təsdiq etdiyi 735 milyon dollarlıq müqaviləyə əsasən, İsrail ABŞ-dan yüksək məqsədəuyğun həssaslıqla idarə olunan mərmi və sursat alacaq.

  “The Washington Post” qəzetinin yazdığına görə, ABŞ Konqresi Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsindən bir neçə gün öncə - mayın 5-də bu barədə müvafiq bildiriş alıb. Bundan sonra qanunvericilərin müqavilənin icrasına məcburi qüvvəsi olmayan etiraz bildirmələri üçün 20 gün vaxtları var.

  Bayden rəhbərliyinin İsrailə silah satışını təsdiqləməsi Nümayəndələr Palatasında Demokrat Partiyanın solçular qanadında böyük reaksiyaya səbəb olub.

  Xatırladaq ki, mayın 10-dan Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında qarşıdurma başlayıb. Son məlumata görə, qarşılıqlı raket zərbələri nəticəsində İsrail tərəfdən azı 10 nəfər ölüb və yüzlərlə insan xəsarət alıb, Fələstin tərəfdən isə 59-u uşaq, 35-i qadın olmaqla 200-dən çox insan həlak olub, minlərlə fələstinli yaralanıb.



Әlaqәli Xәbәrlәr