V.Bozkır: "Üzv ölkələrin tələbi olacağı təqdirdə BMT Baş Assambleyasını çağırmağı nəzərdə tuturam"

Volkan Bozkır tələb olacağı təqdirdə Fələstin ərazilərindəki ağır vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasını çağırmağı nəzərdə tutduğunu söyləyib.

1639979
V.Bozkır: "Üzv ölkələrin tələbi olacağı təqdirdə BMT Baş Assambleyasını çağırmağı nəzərdə tuturam"

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır üzv ölkələrin tələbi olacağı təqdirdə işğal olunmuş Fələstin ərazilərindəki ağır vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasını çağırmağı nəzərdə tutduğunu söyləyib.

BMT Təhlükəsizlik Şurası bu gün (16 may) açıq iclasda Fələstindəki humanitar fəlakəti müzakirə edəcək.

Volkan Bozkır da problemin həlli istiqamətində əhəmiyyətli bir addım atır.

Volkan Bozkır sosial media hesabındakı paylaşımında "BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı toplantılarından sonra Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki ağır vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasını çağırmağı nəzərdə tuturam" deyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsi də bu gün İsrailin Fələstinə hücumlarına qarşı atıla biləcək addımları müzakirə etmək üçün video konfrans formatında toplantı keçirəcək.



Әlaqәli Xәbәrlәr