İsrailin Qəzzaya yönəldilmiş hücumlarına beynəlxalq miqyasda reaksiyalar göstərilib

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin hücumları zamanı dünən Qəzzada media qurumlarının olduğu binanın hədəf alınmasına reaksiya göstərib.

1640022
İsrailin Qəzzaya yönəldilmiş hücumlarına beynəlxalq miqyasda reaksiyalar göstərilib

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin hücumları zamanı dünən Qəzzada media qurumlarının olduğu binanın hədəf alınmasına reaksiya göstərib.

Baş katibin sözçüsü Stefan Dujarrik yazılı açıqlamasında Quterreşin Qəzzada artan mülki ölümlərdən dəhşətə gəldiyi vurğulanaraq, "Mayın 15-də gecə Qəzzadakı Əl-Şati düşərgəsində İsralin hava hücumları nəicəsində uşaqların və eyni ailədən 10 nəfərin ölümü də buna daxildir" deyilib.

Açıqlamada Baş katib Quterreşin  ayrı-seçkilik etmədən bütün tərəflərə mülki şəxslərin və media binalarının vurulmasının beynəlxalq hüquqa zidd olduğu və nəyin bahasına olursa olsun qarşısından imtina edilməsinin vacibliyini dilə gətirdiyi xatırladılıb.

Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin sədri senator Bob Menendez də İsrailin dünən 
 Qəzzada "Associated Press" (AP) və "Al Jazeera" ofislərinin də olduğu binanı vururaq yerlə-yeksan etməsini və mülki insanları hədəf almasını tənqid edərək şiddətə son qoyulmasına çağırıb.

ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandra Okasio-Kortez isə, Qəzzada media qurumlarının yerləşdiyi binanın İsrail tərəfindən vurularaq yıxılmasının "ABŞ-ın dəstəyi ilə" olduğunu qeyd edib.

Digər tərəfdən, ABŞ Müsəlman Konqresinin üzvü İlhan Omər ABŞ rəhbərliyinin İsrailin Fələstindəki hücumlarına verdiyi dəstəyi "iyrənc" və "əxlaqsız" adlandırıb.

"Qəzzada 10 yaşındakı bir qız uşağının yaşadıqlarını izah etdiyi videonu "Twitter"də paylaşan Omar "Bu uşağın və digər fələstinlilərin məruz qaldıqları ədalətli deyil. Onu qorumağa layiq görməyən ABŞ siyasətinin qəddarlığı da ədalətsizlikdir. Bu insanları susdurmaq və iblisə çevirmək ədalətsizlikdir. Ştat vəkillərinə zəng edin və videonu təkrar-təkrar oynadın" ifadələrdən istifadə edib.

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani İsrailin fələstinlilərə hücumlarını dayandırmaq üçün beynəlxalq ictimaiyyəti təcili hərəkətə keçməyə çağırıb.

Əl Sani HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Heniyye ilə görüşüb və ölkəsinin İsrailin müqəddəs yerlərə qarşı hücumlarını rədd etdiyini və Fələstin xalqının yanında olduğunu vurğulayıb.

Küveyt Parlamentinin sədri Merzuk əl-Qənim Heniyyeyə zəng edərək ölkəsinin fələstinlilərin hüquqlarını dəstəklədiyini söylədi.

İsrailin insan hüquqları təşkilatı "B'Tselem" isə İsrailin Qəzza zolağında "hərbi cinayət" törətdiyini bildirib və beynəlxalq cəmiyyəti hərəkətə keçməyə çağırıb.



Әlaqәli Xәbәrlәr