Ramazan bayramı namazı Əl-Aksa məscidində qılındı

Yüz mindən çox müsəlman Ramazan bayramı namazını İsrailin işğalı altında olan Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Aksa məscidində qılıb.

1638766
Ramazan bayramı namazı Əl-Aksa məscidində qılındı

Yüz mindən çox müsəlman Ramazan bayramı namazını İsrailin işğalı altında olan Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Aksa məscidində qılıb.

Şərqi Qüdsdəki fələstinlilər hər il olduğu kimi bu il də bayram namazı üçün Məscidül-Həramə axışıb.

Fələstinlilər Ramazan ayının son günlərində İsrail polisinin hücumuna məruz qalan Əl-Aksanı tamamilə doldurub.

Qüds İslam Vəqfləri İdarəsi tərəfindən verilən yazılı açıqlamada 100 mindən çox insanın bayram namazı qılmaq üçün Əl-Aksaya getdiyi ifadə edilib.

Bayram namazından sonra fələstinli müsəlmanlar bütün şəhidlər üçün qiyabi cənazə namazı qılıblar.

Daha sonra bir çox fələstinli məsciddə Qiblə məscidi ilə Kubbetin Səhrası arasındakı ərazidə nümayiş təşkil edib.

Fələstin və tövhid bayraqlarını qaldıran camaat "Azadlıq", "Qanımız sənin üçün fəda olsun ey Aksa" şüarlarını səsləndiriblər.

Xatırladaq ki, müsəlmanların ilk qibləsi olan və işğal altında olan Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa bu il Ramazan ayının son günlərində İsrail polisinin hücumlarının hədəfi oldu.

İsrail polisinin 7 may tarixindəki təravih namazı vaxtı Hərəm-i Şərifdəki camaata səs bombaları və rezin güllələr ilə hücumunda 205 nəfər yaralandı və çox sayda fələstinli nəzarətə götürüldü.

Minlərlə fələstinli 10 Mayda fanatik Yəhudilərin Məscidül-Əqsaya basqın etməsinin qarşısını almaq üçün Hərəm-i Şərifdə keşik çəkdi.

İsrail polisi keşikdəki fələstinlilərə plastik güllə, səs bombası və gözyaşardıcı qazla hücum etdi, 330-dan çox insanı yaraladı.



Әlaqәli Xәbәrlәr