Nehanyahunun sözçüsü Qəzza deyə Deradakı hücumun görüntülərini paylaşıb

Netanyahunun sözçülərindən Ofir Gendelmanın "Qəzzadan atılan raketlərin görüntüsü" iddası ilə paylaşdığı videonun Suriyada 2018-ci ildə çəkildiyi ortaya çıxdı.

1638655
Nehanyahunun sözçüsü Qəzza deyə Deradakı hücumun görüntülərini paylaşıb

İsrailin Baş naziri Binyamin Netanyahunun sözçülərindən Ofir Gendelmanın "Qəzzadan atılan raketlərin görüntüsü" iddası ilə paylaşdığı videonun Suriyada 2018-ci ildə çəkildiyi ortaya çıxdı.

İsrail Baş Nazirliyində ərəb mediasının sözçüsü olaraq vəzifə icra edən Gendelman "Twitter"də paylaşdığı videonun ərəb dilindəki qeydində "Budur yeni açıq bir dəlil: ""Həmas" terrorçuları Qəzzadakı yaşayış bölgələrindən qəsdən raket atmağa davam edir. Bu dəhşətli bir hərbi cinayətdir" ifadələrindən istifadə etmişdi. 

O, İsrailə atılan raketlərin üçdə birinin Qəzza zolağına düşdüyünü və uşaqların da olduğu fələstinli mülki şəxslərin öldüyünü də iddia etmişdi.

Sosial mediadakı bəzi ərəb istifadəçiləri isə videonun Gendelmanın iddia etdiyi kimi yeni olmadığını və 2018-ci ildə çəkildiyini başa düşməkdə gecikmədilər.

Suriyalı jurnalist Zaina Erhaim videonun 2018-ci ilin iyun ayındakı "YouTube" versiyasını "Twitter"də paylaşıb.

Erhaim "Yalan Haber" etiketi ilə paylaşdığı mesajda "İsrail Baş nazirinin sözçüsü üç il əvvəl Suriyanın Dera şəhərində çəkilmiş köhnə bir videonu Qəzzada çəkildiyini iddia edərək paylaşır. Buradakı videonun orijinal tarixi 2018-dir" deyə yazıb.

Suriyalı jurnalistin paylaşdığı "YouTube" videosunda raketlərin Derada Suriya ordusu tərəfindən atıldığı bildirilir.



Әlaqәli Xәbәrlәr