ABŞ prezidenti Cozef Baydendən qalmaqallı açıqlama

ABŞ prezidenti Cozef Bayden İsrailin hücumlarında aralarında uşaqların da olduğu mülki insanlar şəhid olduğu bir vaxtda qalmaqallı açıqlama verib.

1638658
ABŞ prezidenti Cozef Baydendən qalmaqallı açıqlama

ABŞ prezidenti Cozef Bayden İsrailin hücumlarında aralarında uşaqların da olduğu mülki insanlar şəhid olduğu bir vaxtda qalmaqallı bir açıqlama verərək, "Minlərlə raket ərazilərinə düşərkən İsrailin özünümüdafiə hüququ var" deyib.

Bayden Ağ Evdə "Covid-19" peyvəndi ilə bağlı mətbuat konfransında Fələstin və İsraildəki baş verən son vəziyyətlə əlaqədar bir suala cavab verib.

İsraillə yanaşı Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Orta Şərq ölkələri ilə bu mövzuda sıx təmasda olduqlarını bildirən Bayden İsrailin Baş naziri Netanyahu ilə telefonla əlaqə saxladıqlarını və bu barədə yaxın zamanda açıqlama yayacaqlarını söyləyib.

Vəziyyətin yaxın gələcəkdə sakitləşəcəyini gözlədiyini vurğulayan Bayden "Minlərlə raket torpaqlarına düşərkən İsrailin özünümüdafiə hüququ var" ifadələrdən istifadə edib.

Bu arada, Ağ Evdən Baydenin Netanyahu ilə görüşü ilə əlaqədar verilən yazılı açıqlamada "Bayden HƏMAS və digər terror qruplaşmalarının Qüds və Tel-Əviv də daxil olmaqla bölgələrə raket hücumlarını qınadı. Bayden İsrailin təhlükəsizliyinə və İsrailin mülki insanları qoruyarkən özünü və xalqını qanuni müdafiə haqqına sarsılmaz dəstəyini çatdırdı" deyilib.



Әlaqәli Xәbәrlәr