İsrail əsgərləri bir fələstinlini qətlə yetirib

İsrail əsgərləri bir fələstinlini də öldürüb.

1638103
İsrail əsgərləri bir fələstinlini qətlə yetirib

İsrail əsgərləri İordan çayının qərb sahilində bir fələstinlini qətlə yetirib, bir fələstinli də yaralayıb.

İsrail əsgərləri öldürülən fələstinlinin İordan çayının qərb sahilinin şimalında yerləşən Zaatara hərbi məntəqəsinə hücum etdiyini iddia edib. 

İsrail ordusunun verdiyi bəyanatda İordan çayının qərb sahilinin şimalındakı  Nablus şəhəri yaxınlığında yerləşən Zaatara hərbi məntəqəsinə silahlı hücum edildiyi irəli sürülüb. 

Bəyanatda hücumu törətməyə çalışan fələstinlilərin zərərsizləşdirildikləri bildirilib. 

Fələstin media orqanlarının yaydığı xəbərlərdə isə İsrail əsgərlərinin Zaatara hərbi məntəqəsində iki fələstinlini öldürdüyü qeyd olunub. 

Fələstin orqanları hadisə ilə bağlı açıqlama verməyib. 



Әlaqәli Xәbәrlәr