Myanmada etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 780 nәfәrә çatıb

Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə qarşı təşkil edilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 780  nәfәrә  yüksəlib.

1637149

Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı  tərəfindən yayımlanan gündəlik hesabatda son 24 saat ərzində daha 4 nəfərin öldüyü bildirilib. Hesabatda ümumi can itkisinin 780  nәfәrә yüksәldiyi, daha 3  min 826  nәfәrin dә saxlanıldığı qeyd olunub.

Daha әvvәl hәyatını itirәnlәr arasında uşaqların da olduğu bildirilmişdi.

Digәr tәrәfdәn tәhlükәsizlik qüvvәlәri tәrәfindan mayın 8-dә saxlanılan  myanmalı şair Ket Tinin hәyatını itirdiyi bildirilib.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu  ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirәrәk ölkәdә fövqәladә vәziyyәt rejimi  elan edib.

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.

Әlaqәli Xәbәrlәr