İsrail polisi Əqsa məscidindəki fələstinlilərə hücum edib

İsrail polisi Əqsa məscidinin həyətindəki fələstinlilərə sərt müdaxilə edib.

1637452
İsrail polisi Əqsa məscidindəki fələstinlilərə hücum edib

İsrail polisi fanatik yəhudilərin işğal altındakı Şərqi Qüdsdə yerləşən Əqsa məscidinə basqın təşkil etməsinin qarşısını almaq üçün bölgədə olan fələstinlilərə müdaxilə edib. 

İsrail polisi Şərqi Qüdsün köhnə şəhər bölgəsində yerləşən Əqsa məscidindəki minlərlə fələstinliyə müdaxilə edib. 

Sübh namazını Əqsa məscidində qılan minlərlə fələstinli namazdan sonra məscidin həyətində etiraz aksiyası keçiriblər. 

Buradan çixmayacaqlarını bildirən fələstinlilər tez-tez  "Canımız, qanımız sənə fəda olsun Əqsa"  şüarını səsləndiriblər. 

Daha sonra Əqsa məscidinə basqın təşkil edən İsrail polisi fələstinlilərə gözyaşardıcı qaz və səs bombası ilə müdaxilə edib. 

Qeyd edək ki, müdaxilə nəticəsində  10 fələstinli xəsarət alıb. 



Әlaqәli Xәbәrlәr