Myanmada baş verən qarşıdurmalarda ən az 16 əsgər həlak olub

Myanmada hərbi çevriliş əleyhinə etirazçılar ilə Myanma ordusu arasında baş verən qarşıdurmalarda ən az 16 əsgər öldürülüb.

1636368
Myanmada baş verən qarşıdurmalarda ən az 16 əsgər həlak olub

Myanmada hərbi çevriliş əleyhinə etirazçılar ilə Myanma ordusu arasında baş verən qarşıdurmalarda ən az 16 əsgər öldürülüb.

"The Irrawaddy" qəzetindəki xəbərə görə, 6 və 7 may tarixlərində Sagaing əyalətinin Kani bölgəsindəki nümayişlər zamanı nümayişçilər kütləni dağıtmaq üçün silahlı müdaxilə edən Myanma ordusuna əl istehsalı silahlarla cavab verib.

Baş verən qarşıdurmalarda ən az 16 əsgər öldürülüb.

Myanma ordusuna cavab verənlərin özlərini "mülki müqavimət qüvvələri" adlandıran silahlı bir qrup olduğu irəli sürülüb.

Digər tərəfdən, Myanma ordusunun ölkədəki etiraz aksiyalarına silahlı müdaxiləsi nəticəsində həyatını itirən mülki şəxslərin sayı 774-ə çıxıb.

Siyasi Məhbuslara Yardım Təşkilatının (AAPP) gündəlik hesabatında, son 24 saat ərzində daha 2 nəfərin ölümünün təsdiq edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr