Kabildә yanacaq doldurma mәntәqәsindә yanğın baş verib, ölәnlәr var

Әfqanıstanın paytaxtı Kabildә yanacaq doldurma mәntәqәsindә baş verәn yanğın nәticәsindә 10 nәfәr hәyatını itirib.

1632343
Kabildә yanacaq doldurma mәntәqәsindә yanğın baş verib, ölәnlәr var

 

Әfqanıstanın paytaxtı Kabildә yanacaq doldurma mәntәqәsindә baş verәn yanğın nәticәsindә 10 nәfәr hәyatını itirib.

Bu barәdә Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü Tarık Ayren mәlumat verib. O, hadisәnin Kabilin şimalındakı Şakardara bölgәsindә baş verdiyini bildirib.Yanğının nәzarәt altına alındığı qeyd olunub.

Hadisә nәticәsindә 10 nәfәr hәyatını itirib, 14 nәfәr dә yaralanıb.

Yanğın zamanı onlarla avtomobilә vә tankerә dә ciddi ziyan dәyib.



Әlaqәli Xәbәrlәr