Almaniya Əfqanıstandan texnikalarını çıxarır

Almaniya Silahlı Qüvvələrinin Əfqanıstandakı missiyası başa çatır.

1631800
Almaniya Əfqanıstandan texnikalarını çıxarır

Almaniyanın Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Əfqanıstandakı texnika və qoşunlarını geri çəkməyə başladığını bildirib.

“Tapşırığımız başa çatıb. Bu gündən etibarən texnika və qoşunları çıxarmağa başlayırıq. Çoxməqsədli helikopterlərdən tutmuş, avtokranlara qədər hər şey Almaniyaya daşınır”, - deyə Nazirlik qeyd edib.

Nazirliyin məlumatına görə, ilk mərhələdə 123 texnikanın çıxarılması nəzərdə tutulur. Prosesin təhlükəsizliyi KSK Xüsusi Təyinatlı Qüvvələri tərəfindən təmin edilir. Qeyd edək ki, Əfqanıstandakı Almaniya kontingentində əsasını hərbi təlimatçıların təşkil etdiyi minə yaxın hərbçi var. Qoşunların geri çəkilməsinin sentyabr ayına qədər davam edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr