Cozef Borrel Avropa ittifaqı ilә Rusiya arasındakı münasibәtlәri qiymәtlәndirib

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef  Borrel Avropa İttifaqı ilә Rusiya arasındakı münasibәtlәrin pislәşdiyini, ancaq Rusiya ilә münasibәtlәri normallaşdırmağa da hazır olduqlarını söylәyib.

1630360

Cozef  Borrel Avropa Parlamentindә Rusiya mövzusu ilә bağlı keçirilәn iclasda çıxış edib.

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi son dövrdә Avropa İttifaqı ilә Rusiya arasındakı münasibәtlәrin pislәşmәsinә sәbәb olan üç mövzunun olduğunu bildirib.

Cozef  Borrel bu mövzuların Rusiyanın Ukrayna sәrhәdinә göndәrdiyi hәrbçilәr, müxalifәt lideri Aleksey Navalnının saxlanılması ilә  sәhәti vә 2014-cü ildә Çexiyadakı silah-sursat anbarında  baş verәn partlayışın arxasında Rusiya kәşfiyyatının dayandığı ilә bağlı iddiadan sonda baş verәn diplomatik böhran olduğunu ifadә edib.

Cozef Borrel bildirib ki, Rusiya Avropanın dәyәrlәrinә, prinsiplәrinә vә maraqlarına hörmәt göstәrmәlidir. Rusiya ilә  Qәrb arasındakı gәrginliyin dәrinlәşdiyini bildirәn Cozef Borrel deyib: ‘‘Düşmən olmağı seçmiş kimi görünən qonşu ilə  qarşı-qarşıya gәlmәyimizә mane olacaq müvəqqəti  razılaşma әldә etmәliyik. Rusiya ilə İran nüvə sazişi və iqlim dəyişikliyi kimi ortaq mövzularda  işləməliyik. Rəsmi Moskva ilə əlaqə kanallarını açıq saxlamalıyıq. Bunu etməyə hazıram.  Rusiya hökumətinin  səmimi iradə göstərəcəyi təqdirdə  Rusiya ilə münasibətlərimizi yaxşılaşdırmağa hazırıq’’.

Әlaqәli Xәbәrlәr