Avropa Parlamenti ticarət və  əməkdaşlıq müqaviləsini təsdiq etdi

Avropa Parlamenti (AP), Brexitdən sonrakı dövrdə Avropa İttifaqı (Aİ)  və  İngiltərə arasında ticarət əlaqələri müəyyənləşdirəcək müqaviləni təsdiqlədi.

1629940
Avropa Parlamenti ticarət və  əməkdaşlıq müqaviləsini təsdiq etdi

Belçikanın paytaxtı Brüsseldə baş tutan AP Baş Məclisinin iclasında Aİ və İngiltərə arasında ticarət və  əməkdaşlıq müqaviləsi müzakirə edildikdən  sonra    keçirilən  səsvermədi 660 lehdə  və   5  əleyhdə, 32 neytral səslə qəbul edilib. Razılığa əsasən, Aİ və İngiltərə mənşə qaydalarına uyğun mallara gömrük vergisi və kvota tətbiq etməyəcək. Tərəflər ətraf mühiti qoruyacaq və iqlim dəyişikliyinə qarşı mübarizəyə üstünlük verəcəklər. Sosial hüquqlar və işçilərin hüquqları qorunacaqdır. Məcburi mübahisələrin həlli mexanizmi ilə rəqabət ədalətli və bərabər şərtlər altında həyata keçiriləcəkdir. Aİ və İngiltərənin ərazi sularındakı balıq ehtiyatları birlikdə idarə ediləcəkdir. İngiltərə balıqçılıq fəaliyyətlərini inkişaf etdirə biləcək. Avropalı balıqçıların fəaliyyətləri davam edəcək. Tərəflər nəqliyyat sahəsində ədalətli rəqabət aparacaqlar. Aİ və İngiltərə vətəndaşlarının sosial təminat hüquqları əlaqələndiriləcəkdir. Xüsusilə sərhədlərarası cinayət və terrorizmə qarşı təhlükəsizlik və məhkəmə əməkdaşlığı birliyi  yaradılacaq. Aİ ilə İngiltərə arasında ortaq  məclis quraraq razılaşmanın necə şərh ediləcəyi və həyata keçiriləcəyi müəyyənləşəcəkdir.



Әlaqәli Xәbәrlәr