Amerika Birləşmiş Ştatlarında maskadan istifadə dövrü sona çatır

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Xidmətindən (CDC) bu barədə məlumat yayılıb.

1629805
Amerika Birləşmiş Ştatlarında maskadan istifadə dövrü sona çatır

Bildirilib ki, iki doz vaksin vurulmuş şəxslər maskasız çölə çıxa bilər, idman tədbirlərinə qatıla bilər və çox insanın olmadığı yerlərdə yemək yeyə bilərlər. Bu şəxslərin qapalı məkanlarda da maska və sosial məsafəsiz görüşə biləcəkləri ifadə edilib.

Gözəllik salonları, ticarət mərkəzləri, kino və teatr salonlarında isə maska taxılmağa davam edilməsi tövsiyə olunub.

Açıqlamada vaksinasiyadan keçməmiş şəxslərin də açıq havada gəzə biləcəkləri, qaça biləcəkləri, peyvəndlənmiş ailə üzvləri və ya dostlarla açıq havada görüşə biləcəkləri qeyd edilib.



Әlaqәli Xәbәrlәr