Kanadada yaşayan türklərin 1915 hadisələri ilə əlaqədar birgə bəyanatı

Kanada Türk Dərnəkləri Federasiyası (KTDF) və Kanada Türk Assambleyası 1915 hadisələri ilə əlaqədar birgə bəyanat yayıb.

1626814
Kanadada yaşayan türklərin  1915 hadisələri ilə əlaqədar birgə bəyanatı

Kanada Türk Dərnəkləri Federasiyası (KTDF) və Kanada Türk Assambleyası 1915 hadisələri ilə əlaqədar birgə bəyanat yayıb.

Erməni diasporunun qondarma soyqırımı iddialarının 2004-cü ildə Kanada hökuməti tərəfindən siyasi mənfəətlərə görə federal parlamentdə səsə qoyulub təsdiqləndiyi xatırladılıb. 

Bəyanatda erməni icmasına çağırış edilərək "Kanada Türklərinin düşmənçilikdən çox ortaq bir tarixdən dostluq yaratmaq üçün dialoqa açıq olduğunu vurğulamaq istərdik" deyilib.

Birinci Dünya müharibəsi dövründəki faciəli hadisələrin, türklərin, ermənilərin və bütün Osmanlı vətəndaşlarının yaşadıqları kollektiv insan əzablarını kədər hissi ilə xatırlatdıqları qeyd olunan bəyanatda "Bu günə qədər heç bir beynəlxalq məhkəmə tərəfindən erməni soyqırımı iddialarını qəbul edən qərar verilməyib" ifadələri yer alıb.
Bəyanatın sonunda Kanada Hökumətinə də müraciət edən təşkilatlar "Kanada Parlamentinin qondarma soyqırımı qərarı, erməni iddialarından xəbərsiz olan insanları aldadır və Kanada parlamentinə zərər verir. Bu səbəbdən bu qərarın alınmasına və həyata keçirilməsinə etiraz edirik və qərarın ləğv olunmasını istəyirik" deyiblər.



Әlaqәli Xәbәrlәr