Danimarkada quş qripi virusu (H5N8) sürətlə yayılır

Danimarkada quş qripi virusu (H5N8) aşkarlanan fermada 19.000 qaz və ördək tələf edilməyə başlanıb.

1626899
Danimarkada quş qripi virusu (H5N8) sürətlə yayılır

Danimarka Qida Təhlükəsizliyi və idarəetmə mərkəzindən yayılan məlumata görə H5N8 virusu Holstebro şəhərinin sərhədləri daxilində yerləşən Vinderup kəndindəki bir fermada qaz və ördəklərdə aşkarlanıb.

Fermadakı 10 min ördək və 9 min qazın tələf edilməsinə başlandığı ifadə edilən açıqlamada 2020-ci ilin noyabrından bəri ölkədə 15-ci dəfə quş qripi virusunun qeydə alındığı bildirilib.

Keçən il mart ayında təxminən 65 min hinduşka və son 5 ayda isə 100 mindən çox qanatlı H5N8 virusu səbəbiylə məhv edilib.



Әlaqәli Xәbәrlәr