Somalidә hücum törәdilib, ölәn vә yaralananlar var

Somalinin paytaxtı Moqadişoda törәdilәn hücum nәticәsindә ilkin mәlumatlara görә 3 nәfәr hәyatını itirib.

1626121
Somalidә hücum törәdilib, ölәn vә yaralananlar var

 

Somalinin paytaxtı Moqadişoda törәdilәn hücum nәticәsindә ilkin mәlumatlara görә 3 nәfәr hәyatını itirib.

Bu barәdә ‘‘Garowe Online’’ adlı radio kanalı  mәlumat yayıb. Mәlumatda hücum zamanı eyni ailәdәn 3 nәfәrin hәyatını itirdiyi, 4 nәfәrin dә yaralandığı bildirilib.

Hücum zamanı Prezident İqamәtgahının hәdәf alındığı vurğulanıb.

Hücuma görә mәsuliyyәti terror tәşkilatı Eş-Şebab öz üzәrinә götürüb.



Әlaqәli Xәbәrlәr