Pakistanda minalanmış avtomobil ilә hücum törәdilib, ölәn vә yaralananlar var

Pakistanın Bәlucistan әyalәtinin Ketta şәhәrindәki otellәrin birinin avtoparkında baş verәn partlayış nәticәsindә biri polis olmaqla 4 nәfәr hәyatını itirib, 12 nәfәr dә xәsarәt alıb.

1626184

Yerli polis partlayışın minalanmış avtomobil ilә törәdildiyini bildirib.

Rәsmilәr faktla bağlı araşdırmanın davam etdiyini açıqlayıb.

Partlayış zamanı avtoparktakı avtomobillәrә vә otelә zәrәr dәydiyi qeyd olunub.

Pakistanın daxili işlәr naziri Şeyx Rәşid Әhmәd Çinin Pakistandakı sәfiri Nonq Ronq vә çinli diplomatların oteldә qaldığını, ancaq hadisә zamanı oteldә olmadıqlarını söylәyib.

Şeyx Rәşid Әhmәd Pakistanın düşmәnlәrinin Pakistanın inkişaf etmәsini istәmәdiklәrini qeyd edәrәk hücumu qınayıb.

Bәlucistan әyalәtinin sözçüsü Liyakat Şehvani dә bunun  terror hücumu olduğunu ifadә edib.

‘‘Bu gün hәyata keçirilәn hücumun arxasında Pakistanın düşmәnlәri dayanır’’,-deyә Liyakat Şehvani vurğulayıb.

Ramazan ayı ilә bağlı yardım fәaliyyәtlәri aparmaq üçün şәhәrә gedәn Türkiyә Diyanәt Vәqfinin nümayәndә heyәti vә Anadolu Agentliyinin müxbirinin dә hadisә zamanı oteldә olduqları bildirilib. Partlayış zamanı Türkiyә Diyanәt Vәqfinin nümayәndә heyәti arasında ölәn vә ya yaralanan olmayıb.  Anadolu Agentliyinin müxbiri Rәcәb Bileyin әlindәn yüngül yaralandığı bildirilib.

Әlaqәli Xәbәrlәr