NATO sammiti iyunun 14-dә keçirilәcәk

NATO-nun Baş katibi Yens Stoltenberq NATO sammitinin iyunun 14-dә  NATO-nun Belçikanın paytaxtı Brüsseldәki mәrkәzi qәrargahında keçirilәcәyini deyib.

1626237
NATO sammiti iyunun 14-dә keçirilәcәk

NATO-nun Baş katibi Yens Stoltenberq NATO sammitinin iyunun 14-dә  NATO-nun Belçikanın paytaxtı Brüsseldәki mәrkәzi qәrargahında keçirilәcәyini deyib.

Yens Stoltenberq iyun ayında keçirilәcәk sammitin NATO-nu güclәndirmәk üçün әhәmiyyәtli fürsәt olduğunu bildirib.

NATO-nun Baş katibi müttәfiq ölkәlәrin liderlәrinin sammitdә Rusiyanın tәcavüzkar hәrәkәtlәri, terror tәhdidi, kiber hücumlar, inkişaf etmәkdә olan texnologiyalar, iqlim dәyişikliyinin tәsiri vә Çinin inkişafı kimi mövzularla bağlı qәrar qәbul edәcәklәrini ifadә edib.  

NATO-ya üzv ölkәlәrin dövlәt vә hökumәt başçılarını bir araya gәtirәn NATO sammitinin sonuncusu 2018-ci ildә Brükseldә keçirilmişdi.

Qeyd edәk ki, NATO sammitinә Baş katib Yens Stoltenberq sәdrlik edәcәk.



Әlaqәli Xәbәrlәr