ABŞ-dan Əfqanıstana 300 milyon  dollar əlavə yardım

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət departamentinin  rəhbəri  Antony Blinken  bu baridə   açıqlama  verib.

1626375
ABŞ-dan Əfqanıstana 300 milyon  dollar əlavə yardım

Dövlət  katibi ölkəsinin Əfqanıstana 300 milyon dollarlıq əlavə mülki yardım verəcəyini  bildirib.

ABŞ-da gündəliyi məşqul  edən  əsas  mövzulardan biri 11 sentyabrdan əvvəl Əfqanıstandan qoşunları  çıxarmaq  işinin  tamamlanmasına  dair   qərardır. Blinken mövzu ilə əlaqədar açıqlamasında, Vaşinqtonun Kabili dəstəkləməkdə  davam edəcəyini bildirdi. Əfqanıstan xalqına dəstək və ya investisiya vədlərinin  bir hissəsi olaraq, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 2021-ci ildə Əfqanıstana əlavə 300 milyon dollarlıq mülki yardım ayırması  mövzusunu   Konqreslə  müzakirə  etdiklərini vurğulayıb.  

Bu yardıma  dair  vədin  əslində 2020-ci ilin noyabrında keçirilmiş “Əfqanıstan Donorları Konfransında”   verildiyini   xatırladan  Blinken, ABŞ-ın Əfqanıstana dəstəyinin davam etdiyini göstərmək üçün yenidən gündəmə gəldiyini, bu yardımların Əfqanıstan xalqına mülki xidmətlərin inkişafında istifadə ediləcəyini  sözlərinə  əlavə   edib.



Әlaqәli Xәbәrlәr