Mәhәmmәd bin Salman Nikos Dendiasla görüşüb

Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd bin Salman ilә Yunanıstan xarici işlәr naziri Nikos Dendias iki ölkә arasında imzalanan hәrbi müqavilәdәn sonra әmәkdaşlığın bütün aspektlәrini müzakirә ediblәr.

1625650

Sәudiyyә Әrәbistanının SPA  xәbәr agentliyinin yaydığı xәbәrә görә, Salman ilә Dendias Sәudiyyә Әrәbistanının Ciddә şәhәrindә bir araya gәlib.

Görüşdә iki ölkә arasındakı münasibәtlәr vә müxtәlif sahәlәrdә әmәkdaşlığın aspektlәri vә bu әmәkdaşlığın dәstәklәnmәsi vә genişlәndirilmәsinin yolları ilә yanaşı, regional mövzular müzakirә olunub.

Yunanıstanın Amerika Birlәşmiş Ştatlarından aldığı ‘‘Patriot’’ havadan müdafiә sistemlәrindәn birinin Sәudiyyә Әrәbistanına verilmәsi mәsәlәsindә Yunanıstan vә Sәudiyyә Әrәbistanı Xarici İlәr Nazirliklәri arasında müqavilә bağlandığı bildirilmişdi.

Әlaqәli Xәbәrlәr