"İqlim qanunu" müzakirələrində uzalaşma təmin edildi

Avropa İttifaqı Komissiyası Avropa Parlamenti və Aİ Şurası arasında iqlim dəyişikliyi ilə mübarizə üçün hazırlanan "İqlim qanunu" müzakirələrində razılaşma təmin edildiyini açıqladı

1625875
"İqlim qanunu" müzakirələrində uzalaşma təmin edildi

 

  Avropa İttifaqı Komissiyası Avropa Parlamenti və Aİ Şurası arasında iqlim dəyişikliyi ilə mübarizə üçün hazırlanan "İqlim qanunu" müzakirələrində razılaşma təmin edildiyini açıqladı. Buna əsasən, Avropa İttifaqının 2050-ci ilə qədər iqlimə zərərsiz olma hədəfi qanuni bağlayıcı olacaq. Üzv ölkələr və Aİ təşkilatları bu məqsədə çatmaq üçün lazımi tədbirlər görəcəklər.

  Avropa İttifaqı ölkələri 2030-cu ilə qədər istixana qazı səviyyəsini 1990-cı ilkindən 55 faiz aşağı salacaq.

  Təcrübəli 15 alimdən ibarət müstəqil Avropa Elmi Müşavirə Təşkilatı yaradılacaq. Bu qurum Aİ-nin iqlim dəyişikliyi və ətraf mühit tədbirləri, emisiya hədəfləri və Paris İqlim Müqaviləsinə uyğunlaşma mövzularında hesabatlar hazırlayacaq, elmi tövsiyələr verəcək.

  Avropa İttifaqı Komissiyası 2040-cı il üçün emisiya salma ilə bağlı qanuni tənzimləmə təklifi hazırlayacaq və müxtəlif sektorların iqlim hədəflərini əldə etmələrinə qatqı təmin edəcək yol xəritələri üzərində çalışacaq.

  Sözügedən uzlaşmanın qüvvəyə minməsi üçün qərar Aİ Şurası və Avropa Parlamenti tərəfindən rəsmi olaraq təsdiqlənməli və ittifaqın rəsmi qəzetində dərc olunmalıdır.

  Qeyd edək ki, Aİ-nin bundan əvvəlki emisiya salma hədəfi 2030-cu ilə qədər 1990-cı il səviyyəsindən 40 faizlik azalma istiqamətində idi. Bu faizin 60-a çıxarılması təklif edilsə də, üzv ölkələrin əsəriyyəti 55 faizi qəbul edib.



Әlaqәli Xәbәrlәr