Taliban silahlıları polis bölməsinə hücum edib, ölənlər var

Taliban qruplaşması polis bölməsinə hücum edib.

1624856
Taliban silahlıları polis bölməsinə hücum edib, ölənlər var

Taliban silahlılarının Əfqanıstanın Badahşan vilayətindəki polis bölməsinə təşkil etdiyi hücum nəticəsində 8 polis əməkdaşı həyatını itirib. 

Bu barədə Badahşan vilayətinin rəsmisi Abdullah Naci Nazari məlumat verib. O, hücumun Badahşan vilayətinin Zabıq qəsəbəsinin Riq bölgəsində törədildiyini bildirib. Hücum nəticəsində 8 polis əməkdaşının həlak olduğunu, 2-nin də yaralandığını bildirən Abdullah Naci Nazari silahlıların da çox sayda itki verdiyini deyib. 

Qeyd edək ki, Taliban qruplaşması hücumla bağlı bəyanat verməyib.

Dünən Taliban silahlılarının Bağlan vilayətində törətdiyi hücum nəticəsində 2 nəfər həyatını itirmişdi. 



Әlaqәli Xәbәrlәr