Kolumbiyada mədəndə qapalı qalan şaxtaçılar ölüb

Kolumbiyanın mərkəzi inzibati bölgəsi Caldasda 30 Martda güçlü yağışların səbəb olduğu daşqınlar nəticəsində mədəndə qapalı qalan 11 nəfərin cəsədlərinə çatılıb.

1624599
Kolumbiyada mədəndə qapalı qalan şaxtaçılar ölüb

Milli Mədən Agentliyindən yayılan məlumata görə Neira qəsəbəsindəki El Busque kəndində qanunsuz qızıl mədənində çalışan 11 saxtaçı daşqın səbəbi ilə boğularaq ölüb. Kolumbiyada təhlükəsizlik tədbirlərinin kifayətsizliyi və nəzarətin olmaması səbəbindən çox sayda ölümcül qəza baş verir.

Milli Mədən Agentliyinin məlumatına görə, 2020-ci ildə 161 mədən qəzası qeydə alınıb. Bu qəzalar nəticəsində 171 nəfər ölüb. 2021-ci ilin ilk üç ayında baş verən 27 mədən qəzasında 43 nəfər həyatını itirib.

2010-cu ildə Kolumbiyada bir kömür mədənində baş verən partlayışda 73 nəfərin ölümü “ölkə tarixinin ən faciəvi qəzası” olaraq xarekterizə edildi.



Әlaqәli Xәbәrlәr