Dünyada 25-59 yaş aralığındakı insanlarda epidemiyaya yoluxma hallarında artım olub

Gebreyesus, dünyada 25-59 yaş aralığındakı insanlarda yeni növ koronavirusa (Covid-19) yoluxma və xəstəxanaya yerləşdirilmə sayının narahatedici səviyyədə artması ilə bağlı xəbərdarlıq edib.

1624662
Dünyada 25-59 yaş aralığındakı insanlarda epidemiyaya yoluxma hallarında artım olub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus, dünyada 25-59 yaş aralığındakı insanlarda yeni növ koronavirusa (Covid-19) yoluxma və xəstəxanaya yerləşdirilmə sayının narahatedici səviyyədə artması ilə bağlı xəbərdarlıq edib.

Gebreyesus Təşkilatın İsveçrənin Cenevrə şəhərindəki mərkəzində videokonfrans formatında təşkil edilən mətbuat konfransında, “Keçən həftə ardıcıl səkkizinci həftədir ki, yeni növ koronavirusa yoluxma artıb və 5,2 milyondan çox yeni yoluxma qeydə alınıb. Bu indiyədək bir həftədə qeydə alınan ən yüksək göstərici idi” deyə bildirib.

Dünyada ard-arda 5-ci həftədir "Covid-19"dan ölənlərin sayının yüksəldiyini diqqətə çatdıran Gebreyesus qlobal miqyasda 25-59 yaş aralığındakı insanlarda yeni növ koronavirusa (Covid-19) yoluxma və xəstəxanaya yerləşdirilmə sayının narahatedici səviyyədə artması ilə bağlı xəbərdarlıq edərək, buna mümkün səbəb kimi yeni variantlar və yeniyetmələr arasında artan “sosial birləşməni” göstərib.

Peyvəndləmə məsələsinə də toxunan Gebreyesus indiyə qədər dünyada 832 milyon doza "Covid-19" peyvəndinin tətbiq edildiyini bildirərək, “Ancaq bunların 82 faizdən çoxu yüksək və ya orta-yüksək gəlirli ölkələrə getdiyi halda, aşağı gəlirli ölkələr yalnız 0,2 faiz civarında peyvənd əldə edib” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr