Cozef  Borrel Ukrayna ilә Rusiya arasındakı vәziyyәti qiymәtlәndirib

Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәri Rusiyanın Ukrayna ilә sәrhәddә vә Krımda hәrbi mövcudluğunu artırmasından sonra Kiyev rәhbәrliyi ilә hәmrәy olduqlarını ancaq bu sәbәbdәn Rusiyaya yeni sanksiya tәtbiq edilmәyәcәyini bildirdilәr.

1624438

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef  Borrel  Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin videokonfrans formatında tәşkil etdiyi iclasdan sonra tәşkil etdiyi mәtbuat konfransında nazirlәrin Ukrayna vә Rusiya arasındakı gәrginliyi müzakirә etdiklәrini söylәyib.

Ukraynanın xarici işlәr naziri Dmitri Kulebanın da iclasa qatılaraq son vәziyyәtlә bağlı mәlumat verdiyini bildirәn Cozef Borrel Avropa İttifaqının Rusiyanın Ukraynanın şәrq sәrhәdindәki hәrbi hәrәkәtliliyinә  vә Rusiyanın Krımdakı  mövcudluğuna görә narahat olduğunu bildirib.

Rusiyanın әsgәrlәrlә yanaşı, bölgәyә çox sayda hәrbi texnika göndәrdiyini bildirәn Cozef Borrel Rusiyaya gәrginliyin aradan qaldırılması vә әsgәrlәrini bölgәdәn çıxarması ilә әlaqәdar çağırış edib.

‘‘Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin bu mövzudakı mövqeyi çox aydındır. Ukraynanın suverenliyini vә әrazi bütövlüyünü dәstәklәyirik’’,-deyә Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi qeyd edib.

Rusiyaya Ukraynanın tәlәb etdiyi şәkildә yeni sanksiyalar tәtbiq edilib-edilmәyәcәyi ilә bağlı sualı cavablandıran Cozef Borrel deyib ki, hazırda Rusiyaya qarşı yeni sanksiyalar tәtbiq edilmәyәcәk. Ancaq vәziyyәt dәyişә bilәr.

Әlaqәli Xәbәrlәr