Parisdə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Fransanın paytaxtı Parisin yaxınlığında turistləri daşıyan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

1624071
Parisdə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Məlumata görə Paytaxt Parisin şimalındakı Beauvais şəhərindən havaya qalxan Robin “DR400” tipli yüngül mühərrikli təyyarə Sen-patyu qəsəbəsində boş əraziyə çırpılıb. Qəza nəticəsində 1-i pilot olmaqla 4 nəfər həyatını itirib.

Beauvais Polis Mərkəzindən yayılan açıqlamada, Robin “DR400” tipli təlim təyyarəsindəki üç nəfərin turist olduğu, təyyarənin Pas-de-Calaise-a getdiyi bildirilib. Qəza ilə əlaqədar istintaq başladılıb.



Әlaqәli Xәbәrlәr