Çad Respublikasında qarşıdurmalarda ölənlərin sayı artıb

Çad Ruspublikasının cənubundakı etnik qruplar arasında baş verən qarşıdurmada ölənlərin sayı 100-ə çatıb.

1624019
Çad Respublikasında qarşıdurmalarda ölənlərin sayı artıb

Salamat bölgəsindəki Sihep və Ambarit kəndlərində keçən həftə ərəblər, Daqal və Kibet etnik qruplar arasında başlayan qarşıdurmalar davam edir. Bir həftə ərzində 100 nəfər qarşıdurmaların qurbanı olub.

Ölkədəki İnsan Haqları üzrə Milli Komissiya hökuməti Salamat bölgəsində təcili vəziyyət elan etməyə çağırıb və xalqın tərksilah etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Salamat Qubernatoru ordu Generalı Yambaye Massyra Abdel keçən həftə toqquşmalar zamanı bir neçə evin yandırıldığı, hadisələrin qarşısını almaq və cinayətkarları tutmaq üçün əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğu məlumatını yaymışdı.



Әlaqәli Xәbәrlәr