Taliban polis bölməsinə hücum edib, ölənlər var
Taliban qruplaşması polis bölməsinə hücum təşkil edib.
1623283
Taliban qruplaşmasının Əfqanıstanın Herat vilayətindəki polis bölməsinə təşkil etdiyi hücum nəticəsində üç polis əməkdaşı həyatını itirib.
Bu barədə Herat vilayətinin valisi Sayed Vahid Katali məlumat verib. O, Taliban qruplaşmasının Zindecan qəsəbəsinin Bazar bölgəsindəki polis bölməsinə hücum etdiyini deyib. Hücumun minalanmış avtomobil ilə törədildiyi bildirilib.
Katali silahlıların dünən Herat vilayətinin Çaşt, Uba, Gülran, Kişk Kohne qəsəbələrində də silahlı hücumlar törətdiyini açıqlayıb.
Taliban məsələ ilə bağlı açıqlama verməyib.