"Xarici qüvvələr Əfqanıstandan çıxacağı zaman yenidən vətəndaş müharibəsi olmayacaq", E.Blinken

ABŞ Dövlət katibi Entoni Blinken xarici qüvvələr Əfqanıstandan çıxacağı zaman yenidən vətəndaş müharibəsi olmayacağını söyləyib.

1622470

Blinken səfərdə olduğu Əfqanıstandakı mətbuat konfransında bu ölkə xalqının artıq müharibə istəmədiyinə, hər kəsin sülh istədiyinə diqqət çəkib. 

Əfqan hökumət qüvvələrini dəstəkləməyə davam edəcəklərini vurğulayan Blinken ""Taliban"ın problemləri həll etmək üçün siyasi proseslərdən imtina etməsi əsla doğru və davamlı ola bilməz. Bunu bilməlidir" deyib.

Blinken qeyd edib ki, ABŞ qoşunları ölkəni tərk etdikdən sonra da Əfqanıstana yardımlar davam edəcək.

Xarici qüvvələrin ölkəni tərk etməsindən sonra 1990-cı illərdəki kimi vətəndaş müharibəsi olmayacağına diqqət çəkən Blinken bu mövzuda heç kimin narahat olmamasının vacibliyini olduğunu vurğulayıb.

Blinken ""Taliban" yenidən əsgərlərimizə hücum etməyə çalışsa, cavabımız çox ağır olacaqdır" deyib.

Әlaqәli Xәbәrlәr