Niqeriyada qarşıdurma nәticәsindә hәyatını itirәnlәrin sayı 19 nәfәrә çatıb

Nigeriyanın Qombe әyalәtindә iki etnik qrup arasında qarşıdurma olub.

1622759
Niqeriyada qarşıdurma nәticәsindә hәyatını itirәnlәrin sayı 19 nәfәrә çatıb

 

Nigeriyanın Qombe әyalәtindә iki etnik qrup arasında qarşıdurma olub. Hadisә nәticәsindә hәyatını itirәnlәrin sayı 19 nәfәrә yüksәlib.

Yerli mәtbuat orqanlarının yaydığı mәlumata görә, Balanqa bölgәsindә ‘‘Lanquda’’ vә ‘‘Vaja’’ adlı iki etnik qrup arasında davam edәn qarşıdurma zamanı 4 nәfәr dә hәyatını itirib.

Belәliklә qarşıdurmalar nәticәsindә hәyatını itirәnlәrin sayı 19 nәfәrә yüksәlib.

Qarşıdurma sәbәbindәn çox sayda adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Qeyd edәk ki, Qombe әyalәtindә qarşıdurmalar sәbәbindәn komendant saatı elan edilmişdi.

Qombe әyalәtindә vaxtaşırı etnik qruplar arasında qarşıdurmalar yaşanır.



Әlaqәli Xәbәrlәr