Yens Stoltenberq İstanbulda Әfqanıstanla bağlı keçirilәcәk konfransla bağlı bәyanat verdi

NATO-nun Baş katibi Yens Stoltenberq NATO Şurasının müdafiә vә xarici işlәr nazirlәri sәviyyәsindәki iclasından sonra Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken vә müdafiә naziri Loyd Ostin ilә birgә mәtbuat konfransı tәşkil edib.

1621569

‘‘Bu gün Әfqanıstandakı mövcudluğumuzun gәlәcәyi haqqında qәrar qәbul etdik’’ deyәn Yens Stoltenberq 20 ildir Әfqanıstanda olan NATO hәrbçilәrinin mayın 1-dәn etibarәn ölkәdәn çıxacağını xatırladıb.

Yens Stoltenberq Әfqanıstanda NATO-nun tәxminәn 10 min әsgәrinin olduğunu, bunların әksәriyyәtinin isә ABŞ әsgәri olmadığını vurğulayıb.

‘‘NATO-nun Qәtiyyәtli Missiyasına tabe olan qüvvәlәr mayın 1-dәn etibarәn Әfqanıstandan çıxacaq. Bunu koordinasiyalı şәkildә hәyata keçirәcәyik. Bütün әsgәrlәr bir neçә ay әrzindә ölkәdәn çıxacaq. Bu müddәt әrzindә Talibanın әsgәrlәrimizә qarşı hәr hansı bir hücumuna lazımi cavab verilәcәk. Әfqanıstana birlikdә daxil olduq, mövqeyimizi birlikdә müәyyәn etdik vә birlikdә ölkәdәn çıxmaq mәsәlәsindә hәmfikirik’’,-deyә NATO-nun Baş katibi vurğulayıb.

Bu addım ilә  Әfqanıstan ilә NATO arasındakı  münasibәtlәrin sona çatmadığını vurğulayan Yens Stoltenberq  bunun yeni bir dövrün başlanğıcı olduğunu, NATO-ya üzv ölkәlәrin Әfqanıstan xalqının yanında olmağa davam edәcәyini dilә gәtirib.

İclasdan sonra yayımlanan bәyannamәdә isә NATO-nun Әfqanıstanın rәhbәrliyindәki sülh prosesini dәstәklәdiyi vurğulanıb.

Bәyannamәdә deyilir: ‘‘Aprelin 24-da baş tutacaq İstanbul konfransını sülh prosesini irәli sәviyyәyә çatdıracaq vә bu mövzuda Qәtәrin paytaxtı Dohadakı irәlilәyişi güclәndirәcәk bir fürsәt olaraq mәmnuniyyәtlә qarşılayırıq’’.

Әlaqәli Xәbәrlәr