Vladimir Zelenski Finlandiya prezidenti ilə telefonla danışıb

Ukrayna prezidenti Vladimir Zelenski Finlandiya prezidenti Sauli Niinistyonu ilə keçirdiyi telefon danışığında Rusiyanın Ukrayna sərhədindəki hərbi fəallığını müzakirə edib.

1622031
Vladimir Zelenski Finlandiya prezidenti ilə telefonla danışıb

Ukrayna prezidenti Vladimir Zelenski Finlandiya prezidenti Sauli Niinistyonu ilə keçirdiyi telefon danışığında Rusiyanın Ukrayna sərhədindəki hərbi fəallığını müzakirə edib.

Ukrayna Prezidentliyinin verdiyi açıqlamaya görə, Zelenski ölkəsinin şərqində pisləşən təhlükəsizlik vəziyyəti və sərhədlərində artan Rusiya qoşunları barədə Niinistyonuya məlumat verib.

Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Finlandiyaya təşəkkür edib.

Liderlər Rusiyanın təcavüzünün qarşısını almaq üçün əlavə tədbirləri də nəzərdən keçiriblər.

Bundan əlavə, görüşdə hibrid təhdidlərə qarşı əməkdaşlıq və Ukrayna-Avropa İttifaqı (Aİ) münasibətləri müzakirə edilib.

Ukraynanın Baş Qərargah rəisi Ruslan Homçak 30 martda parlamentdəki çıxışında Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini bildirmişdi.

Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar olaraq Rusiya, Ukrayna və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) ibarət Üçlü Təmas Qrupu 27 iyul 2020-ci ildə hərtərəfli atəşkəs qərarı qəbul etmişdi.

Bölgәdә dırnaqarası müstәqilliyini elan edәn rusiyapәrәst separatçılar ilә Kiyev rәhbәrliyi arasında 2014-cü ildәn etibarәn davam edәn qarşıdurmalar nәticәsindә 13 mindәn çox adam hәyatını itirib.



Әlaqәli Xәbәrlәr