Myanmada daha iki aksiyaçı öldürülüb

Myanmada hərbi çevrilişlə seçilmiş hökuməti hakimiyyətdən  kənarlaşdıran   ordu Mandalay şəhərində 2 nümayişçini öldürüb  və   bölgədəki  bir məscidə toplanan yardımları müsadirə  edib.

1621705
Myanmada daha iki aksiyaçı öldürülüb

Myanma “Now” veb saytında  bu  barədə  məlumat  yayılıb.  Qeyd  edilib  ki,  Myanma ordusu dünən Mandalay  şəhərinin  Myitnge qəsəbəsində  hərbi  çevriliş  əleyhinə aksiya  keçirən  bir qrup dövlət məmurunu nəzarətə   almağa  cəhd  etdiyi   əsnada qarşıdurma  baş  verib.  Hadisə  nəticəsində  iki   aksiyaçı  həyatını   itirib.  Həmin  gün  əsgərlər   qəsəbədəki  bir  məscidə basqın  edərək   camaatdan toplanan ianələri  müsadirə  ediblər. 

Qeyd  edək  ki,  ölkədə  həyata  keçirilən   hərbi  çevrilişdən  sonra   təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində ölən mülki vətəndaşların sayı 716-ya yüksəlib.

 



Әlaqәli Xәbәrlәr