"Keçən həftə Avropada "Covid-19"dan ölənlərin sayı 1 milyonu keçib", H. Kluge

Avropa Regional Bürosunun rəhbəri Hans Kluge Yunanıstanın səhiyyə naziri Vassilis Kikiliasın da iştirakı ilə video konfrans formatında mətbuat konfransı keçirib.

1622087
"Keçən həftə Avropada "Covid-19"dan ölənlərin sayı 1 milyonu keçib", H. Kluge

"Keçən həftə Avropada "Covid-19"dan ölənlərin sayı 1 milyonu keçib".

Bunu  Avropa Regional Bürosunun rəhbəri Hans Kluge Yunanıstanın səhiyyə naziri Vassilis Kikiliasın da iştirakı ilə video konfrans formatında keçirdiyi mətbuat konfransında deyib.

Avropada bu günə qədər 171 milyon dozadan ibarət 7 "Covid-19" peyvəndi və məhsulunun tətbiq olunduğunu bildirən Kluge Avropa əhalisinin təxminən 13 faizinin 1 doza, 6 faizinin də dozanı qəbul etdiyini bildirib. 

Kluge bölgədəki 80 yaşdan yuxarı insanlardakı "Covid-19" ölümlərinin fevral ayından bəri tədricən azaldığına və epidemiyanın başlanğıcından bəri ən aşağı səviyyəyə, 30 faizə düşdüyü barədə məlumat paylaşıb.

Avropada Yunanıstanın da daxil olduğu xəstəxanalardakı reanimasiya şöbələrinin dolduğuna dair hesabatlar əldə etdiklərini ifadə edən Kluge xəstələrin xəstəxanalarda daha uzun müddət qaldıqlarını vurğulayıb.

Kluge Fransada "Covid-19" səbəbiylə xəstəxanalara və reanimasiya şöbələrinə müraciətlərin keçən ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək səviyyəyə çatdığını da deyib.

Avropada epidemiya səbəbiylə ölənlərin sayının keçən həftə 1 milyonu keçdiyini ifadə edən Kluge "Bölgəmizdəki vəziyyət ciddidir. Hər həftə 1,6 milyon yeni xəstəlik qeydə alınır. Başqa sözlə, saatda 9500 nəfər, dəqiqədə 160 nəfər" deyə qeyd edib.

Kluge Yunanıstanda 100 mindən çox qaçqın və miqrantın milli peyvəndlənmə strategiyasının bir hissəsi olduğunu ifadə edərək, "Yunanıstandakı qaçqın düşərgələrində kütləvi peyvəndləmə kampaniyaları gələn aya planlaşdırılır" deyib.



Әlaqәli Xәbәrlәr