İngiltərə qoşunlarını Əfqanıstandan çıxaracaq

İngiltərənin xarici işlər naziri Dominik Raab Əfqanıstanda xidmət göstərən ingilis əsgərlərinin nizamlı şəkildə çıxmasını dəstəkləyəcəklərini açıqlayıb.

1621715
İngiltərə qoşunlarını Əfqanıstandan çıxaracaq

İngiltərənin xarici işlər naziri Dominik Raab Əfqanıstanda xidmət göstərən ingilis əsgərlərinin nizamlı şəkildə çıxmasını dəstəkləyəcəklərini açıqlayıb.

Raab "Twitter" hesabından etdiyi paylaşımda ölkəsinin dinc bir gələcəyə sahib sabit Əfqanıstanı dəskəkləmək üçün NATO və Əfqanıstan xalqının yanında olduğunu bildirib.

Raab Əfqanıstandakı ingilis əsgərlərinin ölkədən nizamlı olaraq tərk etməsini dəstəkləyəcəklərini qeyd edib.

İngiltərənin müdafiə naziri Ben Vils yazılı açıqlamasında Əfqanıstan xalqının dinc və sabit bir gələcəyə layiq olduğunu bildirib.

Vils “Çıxarkən Əfqanıstanda xidmət göstərən insanlarımın təhlükəsizliyi prioritet olaraq qalır. Müttəfiq ölkələrə edilən hücumlara sərt bir cavab veriləcəyi məlumdur" ifadələrini dilə gətirib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden "Birləşmiş Ştatlar Əfqanıstanda öz missiyasını yerinə yetirib və 1 maydan qoşunlarını bu ölkədən çıxarmağa başlayacaq" deyə açıqlama vermişdi.

NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirliklərinin başçıları və müdafiə nazirlikləri ilə videokonfrans nəticəsində NATO qoşunlarının Əfqanıstandan tədricən çıxarılmasının mayın 1-də başlanacağını bildirmişdi.



Әlaqәli Xәbәrlәr