Vyanada olacaq nüvə müqaviləsi müzakirələri təxirə salındı

Rusiyanın BMT Viyana Mərkəzində daimi nümayəndəsi Mixayel Olyanov “twitter”dən verdiyi məlumatda bildirib...

1621010
Vyanada olacaq nüvə müqaviləsi müzakirələri təxirə salındı

 

  Əhatəli Ortaq Hərəkat Planı (KOEP) adlandırılan İran nüvə müqaviləsi məsələsinin müzakirəsi üçün bu həftə Avstriyanın paytaxtı Viyanada olacaq yığıncaq bir günlük təxirə salındı.

  Rusiyanın BMT Viyana Mərkəzində daimi nümayəndəsi Mixayel Olyanov “twitter”dən verdiyi məlumatda bildirib: “KOEP ortaq komissiyasının Vyanada təşkil ediləcək yığıncağı bir günlük təxirə salındı. Görüşlər 15 apreldə olacaq. Komissiya əvvəlki problemlərə əlavə olaraq İranın nüvə sahəsindəki son addımları və uranı 60 faiz nisbətdə zənginləşdirmə planını da müzakirə edəcək.”  

  Xatırladaq ki, Vyanada ötən həftə keçirilən görüşlərdə İrana qarşı sanksiyaların aradan qaldırılması məsələsi qərarlaşdırılmışdı. ABŞ ilə İranın nüvə müqaviləsinə tam mənasıyla əməl etmələri üçün iki mütəxəssis qrup yaradılmış, bu istiqamətdə həm bu qrupların, həm də müqavilə tərəfdarı olan nümayəndələrin bir araya gəlməsi qərara alınmışdı. 



Әlaqәli Xәbәrlәr