Nigeriyanın Qombe әyalәtindә  komendant saatı elan edilib

Nigeryanın Qombe әyalәtindә davam edәn etnik vә dini toqquşmalar sәbәbindәn komendant saatı elan edilib.

1621097
Nigeriyanın Qombe әyalәtindә  komendant saatı elan edilib

Nigeryanın Qombe әyalәtindә davam edәn etnik vә dini toqquşmalar sәbәbindәn komendant saatı elan edilib.

Qombe hökumәtinin  rәsmisi İbrahim Abubakar verdiyi açıqlamada әyalәtin Balanqa bölgәsindә iki etnik qrup arasında davam edәn qarşıdurmalar sәbәbindәn komendant saatının elan edildiyini bildirib.

Abubakar deyib: ‘‘Nyuvar, Cessu vә Yolde kәndlәrindә yaşanan hadisәlәr sәbәbindәn komendant saatının elan edilmәsi ilә bağlı qәrar qәbul edilib’’.

Kaduna әyalәtindә dә vaxtaşırı etnik vә dini toqquşmaların yaşandığı bildirilir.

Әn son iki qrup arasında baş verәn qarşıdurma nәticәsindә 5 nәfәr hәyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr