Cozef Borrel vә Entoni Blinken Ukraynadakı son vәziyyәti müzakirә ediblәr

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel ilә Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken Ukraynadakı son vәziyyәti müzakirә edib.

1620949

Cozef Borrelin ofisindәn verilәn bәyanata görә,tәrәflәr  Rusiyanın Ukrayna-Rusiya sәrhәdi vә Krımdakı hәrbi hәrәkәtliliyini müzakirә ediblәr, hәmçinin Rusiya qüvvәlәrinin artan hәrbi hәrәkәtliliyinә görә duyduqları narahatlığı ifadә ediblәr.

Әfqanıstanda sabitliyin tәmin olunması üçün birlikdә işlәmәk mәsәlәsindә razılıq әldә edәn Cozef Borrel  vә Entoni Blinken hәmçinin Efiopiyada davam edәn böhran әtrafında fikir mübadilәsi aparıblar.

Cozef Borel vә Entoni Blinken İran ilә Qәrb qüvvәlәri arasındakı nüvә müqavilәsinin yenidәn hәyata keçirilmәsi mәsәlәsindә keçirilәn görüşlәrdәki son vәziyyәti dә qiymәtlәndiriblәr.

Әlaqәli Xәbәrlәr