Böyük Britaniya da Əfqanıstandan tam çıxır

“Times” qəzeti xəbər verir ki...

1621083
Böyük Britaniya da Əfqanıstandan tam çıxır

 

  İngiltərə hərbi kontingentinin demək olar ki, hamısını Əfqanıstandan çıxaracaq.

  “Times” qəzeti xəbər verir ki, hazırda Birləşmiş Krallığın Əfqanıstanda 750 nəfərlik hərbi kontingenti var. Britaniyalı hərbçilər bu ölkədə ABŞ-ın bazalarından və infrastrukturundan asılı olduğu üçün Amerika qoşunlarının yoxluğu onlar üçün çətinlik yaradacaq.

  İngiltərə hərbçilərinin əfqan əsgərlərin təlimi ilə məşğul olduğu Kabil şəhərindəki akademiyaya nəzarət isə Əfqanıstan hökumətinə təhvil veriləcək.

  Bu ərəfədə Ağ Evdən bildiriblər ki, ABŞ prezidenti Co Bayden Amerika qoşunlarını sentyabrın 11-dək Əfqanıstandan çıxarmaq niyyətindədir.



Әlaqәli Xәbәrlәr