ABŞ hərbi qüvvəsini Əfqanıstandan çəkir

ABŞ prezidentinin bu qərarı 14 apreldə açıqlayacağı gözlənilir

1620657
ABŞ hərbi qüvvəsini Əfqanıstandan çəkir

 

  ABŞ hökuməti Əfqanıstandakı bütün əsgərlərinin 11 sentyabra qədər geri çağrılması planını təsdiq etdi.

  Məlumata görə, gərgin müzakirələrdən sonra prezident Co Bayden Əfqanıstandakı Amerika əsgərlərinin çəkilməsi və nəhayət, ABŞ-ın bu ölkədəki hərbi varlığının bitməsinə qərar verdi.

  1 maya qədər nizamlı bir şəkildə çəkilmə prosesi başlayacaq və 11 sentyabradək (ABŞ-dakı Əl-Qaidə hücumlarının 20-ci ildönümünə qədər) isə ABŞ Əfqanıstandan bütün hərbçilərini geri çağırmağı planlaşdırır.

  Geri çəkilmə NATO ilə koordinasiyalı şəkildə icra ediləcək. NATO üzvləri də hərbçilərini bu zaman aralığında geri çəkməlidir.

  Amerikanın Əfqanıstanda yalnız diplomatik bina və nümayəndələrini qorumaq üçün müəyyən qədər təhlükəsizlik qüvvəsi qalacaq.

  ABŞ prezidentinin bu qərarı 14 apreldə açıqlayacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr