G7 ölkələri və Aİ Rusiya-Ukrayna gərginliyinə münasibət bildirib

Dünyanın 7 ən böyük iqtisadiyyatı olan G-7 ölkələri və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna sərhədindəki hərbi gücündən narahat olduqlarını bildirdi.

1620137
G7 ölkələri və Aİ Rusiya-Ukrayna gərginliyinə münasibət bildirib

Dünyanın 7 ən böyük iqtisadiyyatı olan G-7 ( “Böyük yeddilik” ölkələri) ölkələri və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna sərhədindəki hərbi gücündən narahat olduqlarını bildirdi.

G-7 ölkələrinin xarici işlər nazirləri və Aİ-nin Yüksək Nümayəndəsi tərəfindən yayımlanan ortaq açıqlamada "Biz G-7 ölkələri, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və Amerika Birləşmiş Ştatları (ABŞ) xarici işlər nazirləri və Aİ-nin Yüksək Nümayəndəsi olaraq Rusiyanın Ukrayna sərhədində və qeyri-qanuni olaraq işğal edilən Krımda davam edən böyük hərbi yığınağından ciddi narahatlıq duyuruq" ifadələri yer alıb.

Əvvəlcədən hər hansı xəbərdarlıq edilmədən reallaşan bu genişmiqyaslı hərbi fəaliyyətin təhlükə yaratdığına və sabitliyi pozan fəaliyyətlər olduğuna diqqət çəkilən açıqlamada "Rusiya təxribatlarını dayandırmağa və beynəlxalq səlahiyyətliləri çərçivəsində gərginliyi azaltmağa çağrıldı" deyilib.

Açıqlamada Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində hərbi hərəkətliliklə bağlı şəffaflığa dair öhdəliklərini yerinə yetirməsi və Vyana Sənədi çərçivəsində qurulmuş prosedurlara cavab verməsi istənilib.

Eyni ölkələrin 18 mart tarixli yazılı bildirişinin də xatırladıldığı açıqlamada Ukraynanın müstəqillik, suverenlik və ərazi bütövlüyünə dəstək təkrarlanıb və Ukraynanın buna qarşı atdığı addımların dəstəkləndiyi ifadə edilib.



Әlaqәli Xәbәrlәr