Yaponiyada 65 yaşdan yuxarı olanların vaksinasiyasına başlandı

Yaponiyada vaksinasiya işləri planlanmış proqram çərçivəsində davam edir. Yeni prosesdə 65 və yuxarı yaşda olan insanlara koronavirus (Kovid-19) əleyhinə peyvənd vurulacaq.

1619550
Yaponiyada 65 yaşdan yuxarı olanların vaksinasiyasına başlandı

Yaponiyanın Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə əhalisinin 30%-nu təşkil edən 65 yaşdan yuxarı insanlar üçün vaksinasiya prosesini başlatdıqlarını açıqlarkən, Kyodo agentliyi 47 əyalətin 39-da klinikalar, icma mərkəzlər və idman müəssisələri kimi nöqtələrdə 65 yaşdan yuxarı insanların vaksinasiyasına başlandığını bildirib.

Nazirliyin məlumatına görə, 9 aprel cümə gününə qədər 1,1 milyon səhiyyə işçisi peyvənd vurulub. May ayının üçüncü həftəsinə qədər 4.8 milyon səhiyyə işçisinin vaksinasiyasının tamamlanması planlaşdırıllır.

Hökumət bildirib ki, BioNTech-Pfizer, AstraZeneca və Moderna şirkətlərindən ümumilikdə 314 milyon doza peyvənd sifariş edilib.



Әlaqәli Xәbәrlәr