Vladimir Zelenski Vladimir Putinlə danışıqlar aparmaq istədiyini bildirib

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

1619512
Vladimir Zelenski Vladimir Putinlə danışıqlar aparmaq istədiyini bildirib

“Ukrayna prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib”.

Bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.

Y. Mendel bildirib ki, Prezidentin ofisi Vladimir Putinlə danışıq aparmaq üçün müraciət edib. Hələ bir cavab almamışıq. Ümid edirik ki, bu, dialoqdan imtina deyil.

O qeyd edib ki, ki, Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib.

Mətbuat katibi V. Zelenskinin Donbassda gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Parisə səfər edəcəyini də bildirib. 

Ukraynanın Baş Qərargah rəisi Ruslan Homçak 30 martda parlamentdəki çıxışında Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini bildirmişdi.

Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar olaraq Rusiya, Ukrayna və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) ibarət Üçlü Təmas Qrupu 27 iyul 2020-ci ildə hərtərəfli atəşkəs qərarı qəbul etmişdi.

Bölgәdә dırnaqarası müstәqilliyini elan edәn rusiyapәrәst separatçılar ilә Kiyev rәhbәrliyi arasında 2014-cü ildәn etibarәn davam edәn qarşıdurmalar nәticәsindә 13 mindәn çox adam hәyatını itirib.



Әlaqәli Xәbәrlәr