Myanmada etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 706 nәfәrә çatıb

Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına etiraz olaraq  təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində ölənlərin sayı 706-ya çıxıb.

1619413

Siyasi Məhbuslara Yardım Təşkilatı tərəfindən yayılan gündəlik hesabatda son 24 saat ərzində daha 5 nəfərin həlak olduğu təsdiqləndi.

Ümumi insan itkisinin 706 olduğu, 3 min 59 nəfərin isə həbs edildiyi bildirilib.

Hesabatda çevrilişə etiraz edən 657 nəfər barəsində həbs qərarı olduğu qeyd edilib. 

Digər tərəfdən, beynəlxalq reytinq agentliyi "Fitch Solutions" çevriliş əleyhinə nümayişlər və vətəndaş itaətsizliyindən mənfi təsirlənən Myanma iqtisadiyyatının bu il 20 daralacağı proqnozlaşdırılıb.

Qeyd edәk ki, Myanma ordusun  fevralın 1-dә çevriliş törәtdi. Çevrilişdәn sonra Myanma sakinlәri küçәlәrә axışaraq ölkәdәki hәrbçilәrin hakimiyyәti әlә keçirmәsinә qarşı etiraz aksiyaları keçirir.

Әlaqәli Xәbәrlәr